Xorvatiyada prezidentlik uğrunda mübarizə gedir

xorvatiyada-prezidentlik-ugrunda-mubarize-gedir
Oxunma sayı: 818


“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, dövlət başçısı postu uğrunda hazırkı prezident, Sosial-Demokrat Partiyasının üzvü İvo Yosipoviç və Xorvatiya Demokratiya Birliyi Partiyasının nümayəndəsi, sabiq xarici işlər naziri xanım Kolinda Qrabar-Kitaroviç mübarizə aparırlar. Seçkilərin birinci turunda namizədlərdən heç biri seçicilərin səslərinin 50 faizindən çoxunu toplaya bilməmişdi.

Yerli müşahidəçilərin fikrincə, xanım Kolinda Qrabar-Kitaroviçin qələbə qazanmaq və Xorvatiya tarixində birinci qadın prezident olmaq şansı daha çoxdur.

Xatırladaq ki, bu, 1991-ci ildə müstəqilliyini elan etmiş Xorvatiyanın tarixində altıncı, ölkənin Avropa İttifaqına daxil olmasından sonra isə birinci prezident seçkiləridir.