Xorvatiyada səsvermə başa çatdı - Yenilənib

xorvatiyada-sesverme-basa-catdi
Oxunma sayı: 5434

Bu gün Xorvatiyada prezident seçkilərinin ikinci mərhələsi keçirilir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından məlumat verilib.

Dövlət başçısı postu uğrunda hazırkı Prezident Kolinda Qrabar-Kitaroviç və müxalif Sosial-demokrat Partiyasının lideri, sabiq Baş Nazir Zoran Milanoviç mübarizə aparırlar.

3 milyon 855 min seçki hüququna malik şəxs 6,5 mindən çox məntəqədə səs verəcək. Səsverməni 24 mindən çox yerli və xarici müşahidəçilər izləyir. Məntəqələr saat 07:00-dan 19:00-dək açıqdır.

Xatırladaq ki, seçkilərin birinci mərhələsində 11 namizəd iştirak etmişdi.

**

**

Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci mərhələsinin səsverməsi başa çatıb. “Qafqazinfo”nun “TASS” agentliyinə istinadən məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) bağlanıb.

Artıq səslərin hesablanmasına başlanılıb.