Xorvatiyalı məşqçi rumın futbolçunu təhqir etdi - Video

xorvatiyali-mesqci-rumin-futbolcunu-tehqir-etdi
Oxunma sayı: 1558

İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Slaven Biliç canlı yayımda Rumıniya millisinin futbolçusu Boqdan Stankunu təhqir edib.

Qafqazinfo” xəbər verir ki, o, rumın futbolçunun Avropa Çempionatının açılış matçında Fransaya qarşı oyunun 47-ci dəqiqəsində qol şansını boşa verməsinə əsəbləşərək təqhirə yol verib. 

Onunla birlikdə canlı yayımda yer alan şərhçilər Biliçin bu hərəkətinə gülsə də, rumıniyalılar xorvat çalışdırıcıya etiraz ediblər.