Xorvatiyada leysan yağışları nəticəsində Obrovac şəhəri su altında qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, çayda suyun səviyyəsi tarixi maksimuma çatıb, yerli sakinlər qayıqla səyahət etməli olublar.
Bildirilib ki, məktəb, şəhər məclis binasının bir hissəsi, bir neçə müəssisə və ev su altında qalıb.
Son xəbərlər
Son Xəbərlər