“Qafqazinfo” xəbər verir ki, “Ludoqorets”lə qarşılaşan “Liverpul” gərgin keçən matçdan 2-1 hesabı ilə qalib ayrılıb. Yeni transfer Mario Balotelli 82-ci dəqiqədə komandasını hesabda önə keçirib. Lakin 90-cı dəqiqədə Dani Abalonun “Ludoqorets” adına vurduğu qol, “Enfild Roud”a yığışan “Liverpul” azarkeşlərini şoka salıb. Bununla belə, oyuna əlavə olunmuş son dəqiqələrdə Stiven Cerard penaltidən qələbə qolunu vurub və “Liverpul”a ilk 3 xalı qazandırıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər