Xoşbəxt evlilik, yoxsa PR? - Makronların 10 illik sirri

xosbext-evlilik-yoxsa-pr
Oxunma sayı: 954

Fransanın yeni prezidenti Emmanuel Makronun şəxsi həyatı seçkilər başa çatdıqdan sonra da dünya gündəminin əsas müzakirə mövzularından biri olaraq qalır.

“Qafqazinfo” xəbər verir ki, prezidentin özündən 25 yaş böyük həyat yoldaşı, hazırda ölkənin birinci xanımı olan Bricit Makronla olan “sevgi macərası” onun siyasi mövqeyindən daha çox müzakirə olundu desək, yəqin ki, yanılmarıq. Bəziləri üçün isə bu “hekayə” hələ də müəmma olaraq qalır. 

Bir sıra “sarı mətbuat” hətta Fransa prezidentinin 10 illik evliliyini onun qeyri-ənənəvi orientasiyasını gizlətmək üçün vasitə hesab edir. Bəzi analitiklərin fikrincə, əgər bu ehtimal doğrudursa, o zaman Makron gəncliyindən bəri özünü əsl təcrübəli cəsus kimi formalaşdıra bilib. Əks halda heç kimin tanımadığı gənc Makron nə zamansa yüksək posta gələcəyini ehtimal edərək homoseksuallığı gizlətmək üçün özündən 25 yaş kiçik 3 uşaq anası ilə evlənməzdi. Bu ehtimal doğrudursa, deməli Emmanuel və Bricit 10 ildir nəinki Fransanı, bütün dünyanı aldatmağı bacarıblar. Lakin evliyinin sövdələşmə olduğunu hələ ki, heç kim sübut edə bilməyib. 

Əgər iddialar əsassızdırsa, o zaman 15 yaşlı Emmanuel həqiqətən də 35 yaşlı müəlliməsinə vurulur, təhsilini başa vurduqdan sonra geri dönərək bankir ərindən boşanmış 3 uşaqlı müəlliməsi ilə evlənir. 

Lakin danılmaz faktdır ki, bu maraqlı evlilik Makronun seçkilərdə qalib gəlməsinə yardımçı oldu. Makron "romantik" və "sadiq ər" obrazı ilə bir çox fransalının sevgisini qazana bildi. Jurnallar bu qeyri-adi cütlüyə xüsusi diqqət ayırdı, onların müxəlif yerlərdə çəkilmiş fotolarını dərc etdilər. 

Bütün hallarda cütlüyün "ittifaqını" uğurlu saymaq olar. Emmanuel ölkə tarixinin ən gənc prezidenti (39), Bricit isə ən yaşlı birinci ledisi (64) olmağı bacardı.