Xoşbəxtliyi gələcəkdə axtaranları anlamaq çətindir. Bəzən özümü də anlamıram. Anlaşılmayan səbəblərə görə, gözlədiyimiz gələcəyin indi də ola biləcəyini ağılımıza belə gətirmirik.
Pul, var-dövlət, sevmək-sevilmək, ailə, istirahət və s. Deyək ki, bunlar xoşbəxtliyin ən fundamental əsaslarıdır. Bunlar öz yerində. Bir də başqa metodları sınaqdan keçirək.
Məsələn, ola bilər xoşbəxtlik eyni anda bir yox, bir neçə qadını sevməkdir. Heç birini itirməmək duyğusudur. Buna “eqo” deyənlərə fikir verməyin.
Xoşbəxtlik müqaysisəsiz həyat yaşamaqdır. Qarşına çıxanla kifayətlənməkdir... Ən azı nəzərə alın ki, başqasının qarşısına çıxan sizin də qarşınıza çıxa bilərdi. Ya da əksinə. Deməli, sizin xoşbəxtliyiniz elə qabağınızdakıdır.
Bircə unutmaq lazım deyil ki, gözəl anlar müvəqqəti olmalıdır. Uzun müddət zövq almaq mümkün deyil. O, elə ona görə gözəldir ki, daimi deyil. Bədbəxtlik kimi. Bəlkə bir gün, bəlkə bir neçə saat və ya bir neçə dəqiqə.
Bir az absurd müqayisə olacaq, üzürlü sayın. Küçənin tinində qısılıb yayın cırhacırında tir-tir əsən aludəçi nə qədər bədbəxtdirsə, təzəcə qəbul edib göylərdə uçan adam o qədər xoşbəxtdır. Öz aləmində də olsa...
Xoşbəxtlik gərəkdiyi yerdə, vaxtında olmaqdır. Özünü tapmaqdır. Təmənnasız yaxşılıq etməkdir. Dostun uğuruna sevinməkdir. İçdən gülümsəməkdir. Əl-ələ tutmaqdır. Gözəl olanı görməkdir.
Hər şey həyata baxışın optimist və pessimist olmasından asılıdır. Bu, zaman və məkan anlayışının üstüntədir. Qışda gölə çevrilmiş yolu keçəndə ayaqqıbınıza su dolursa, böyük nifrət və həyəcanla “qışdan zəhləm gedir” deməyə tələsmək lazım deyil. Çünki, yay gələndə kondissionerinin qazı bitmiş avtomobildə qoltuq altınızın tərləyib sizi və ətrafdakıları narahat edəndə anlayacaqsız ki, xoşbəxtlik fəsillərlə ölçülmür.
Dəyişikliyə başlayın. Lap elə bu gündən.
“Hektor və xoşbəxtlik axtarışında” (Hector and the Search for Happiness) adlı bir film var. Finalında çox möhtəşəm bir mesaj var. “Biz xoşbəxt olmağa layiqik” -demək, hələ azdır. Biz hamımız xoşbəxt olmaq məcburiyyətindəyik!!!
Son xəbərlər
Son Xəbərlər