Xoşbəxt Yusifzadədən xoş xəbər

xosbext-yusifzadeden-xos-xeber
Oxunma sayı: 663

SalamNews xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Xəzər-Avropa İnteqrasiya İşgüzar klubunun tədbirində bildirib.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan 2012-ci ilin yanvar-oktyabr ayları ərzində 30 mln. ton neft hasil olunub. Bunun 20 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib.

O deyib: “Ümumilikdə, indiyədək AÇG-dən 287 mln. ton neft hasil olunub. AÇG-nin məcmu ehtiyatları isə 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz səviyyəsində qiymətləndirilir. Hazırda AÇG-dən 77 quyu vasitəsi ilə gündə 100 min ton neft və 35 mln. kubmetr qaz hasil olunur. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağında qaz hasilatının qismən azalması 2 saylı quyunun dayanması ilə əlaqədardır.

Onun sözlərinə görə, bu quyunun istismarı texniki səbəblərə görə (dəliy yaranıb) dayandırılıb. Buna baxmayaq, Azərbaycan qaz ixracının həcmini azaltmayıb. Belə ki, hazırda ixraca göndərilən qaz həcminin bir hissəsi qaz anbarlarından götürülür.

«Lakin bu da yaxşı hal deyil. Quyu tezliklə təmir olunaraq istifadəyə veriləcək. Bu quyu 6 mln. kubmetr qaz verir. Hazırda «Şahdəniz»də qaz hasilatı 5 quyuda aparılır və həcmi 23 mln. kubmetr təşkil edir. Halbuki 6 quyudan 27-28 mln. kubmetr qaz hasil olunurdu», - deyə ARDNŞ rəsmisi vurğulayıb.


X.Yusifzadə diqqətə çatdırıb ki, «Şahdəniz» yatağında 6 hasilat quyusundan potensial gündəlik hasilat 25-30 mln. kubmetr qaz və 7-8 min ton kondensat təşkil edir. Bu günədək isə «Şahdəniz»dən 37,2 mlrd. kubmetr qaz və 9,8 mln. ton kondensat hasil olunub.