Xoşbəxt Yusifzadənin dəfn yeri açıqlandı

xosbext-yusifzadenin-defn-yeri-aciqlandi
Oxunma sayı: 10413

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onunla vida mərasimi bu gün saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında baş tutacaq.

Geoloq Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!