“Xoşbəxtlikdən ağlamaq istədim” - Fotolar

xosbextlikden-aglamaq-istedim
Oxunma sayı: 4989

Xəbər verdiyimiz kimi, Bakıda “Sea Breeze Summer Live” beynəlxalq musiqi festivalı çərçivəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony-nin (Cahid Hüseynov) solo konserti baş tutub.

“Qafqazinfo” xəbər verir ki, səhnəyə çıxan ifaçı qonaqları Azərbaycan dilində salamlayıb: “Salam, Bakı! Dostlar, əhval-ruhiyyəniz necədir? İlk mahnını oxumağa başlayanda emosialara qapıldım. Xoşbəxtlikdən ağlamaq istədim. Sizi burada görməkdən hədsiz dərəcədə şadam. Nəhayət ki, görüşdük”.

Müğənni konsertdə qohumlarının da iştirak etdiyini deyib: “Vətənimdəyəm. Çoxlu qohumlarım buradadır. Sizi görmürəm, amma sevirəm. Nənəm, babam buradadır. Baba, nənə, Allah sizi qorusun. Bu zalda özəl biri də var. Dayım. O da musiqiçidir. Atam isə gələ bilmədi”.

Jony konsert ərzində hit və sevilən mahnılarını oxuyub, həmçinin səhnədən enərək bir neçə pərəstişkarı ilə duet ifa edib.