“Xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”- - Elnur Hüseynov

xosbextliyimiz-ucun-mubarize-aparmaliyiq-
Oxunma sayı: 1915


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision-2015”də təmsil edəcək Elnur Hüseynov yarışmanın rəsmi saytına müsahibəsində deyib.

Bu müsabiqənin səhnəsində ölkəmizi artıq ikinci dəfə təmsil edəcəyini qeyd edən E.Hüseynov şouda heyranedici səhnə təqdimatı olacağını söyləyib: “Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, “Eurovision-2015”də məxsusi bir performans görəcəksiniz”.

“Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində “hər bir qəlb mübarizə etməyə layiqdir” deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”, - deyə o bildirib.

Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə “Hour Of The Wolf” mahnısını ifa edəcək.