Xoşqədəm Hidayətqızı əkizləri Arda və Arının üzünu hamıdan gizlədir.
“Qafqazinfo” xəbər verir ki, teleaparıcı bunun səbəbini “Bizə danış” verilişində açıqlayıb.
Hidayətqızı onların gözə gəlməsindən qorxduğunu bildirib:
“Deyirlər ki, övladlarınızın fotosunu sosial şəbəkədə niə paylaşmırsız? Qeyri-səmimi biri deyiləm, yalan da danışmıram. Nəzərə, gözə inanıram. Buna görə də qorxuram”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcın birinci evliliyindən Zaur adlı oğlu var.

Son xəbərlər
Son Xəbərlər