Xoşqədəm Hidayətqızı ATV-dən ANS-ə keçir- - Yenilənib (2)

xosqedem-hidayetqizi-atv-den-ans-e-kecir-
Oxunma sayı: 13153


"Qafqazinfo" Show.az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı ATV-dən kənarlaşdırılıb.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əslində veriliş bağlanmayıb. Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişi bundan sonra ATV-də deyil, yeni kanalda ANS-də yayımlanacaq. Verilişin həftədə beş gün yayımlanması nəzərdə tutulub.

Qeyd edək ki, ötən həftə ANS-də Xoşqədəm Hidayətqızı və həyat yoldaşı Doğuşla bağlı xüsusi proqram yayımlanmışdı.

***

ANS kanalından faktı Lent.az-a təsdiqləyiblər. Kanaldan bildirilib ki, bununla bağlı yaxın günlərdə Xoşqədəm Hidayətqızı özü geniş açıqlama verəcək. 

***

Xoşqədəm Hidayətqızı "İnstagram" hesabında yazılanlara qısa müddət ərzində münasibət bildirəcəyini açıqlayıb.