“Qafqazinfo” Gecce.az-a istinadən xəbər verir ki, “Səni Axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı kökələrək 58 kiloqram olub. Məşhur aparıcı normal çəkisini almaq üçün 8 kiloqram arıqlamaq məcburiyyətindədir. Düşdüyü bu çətin vəziyyətə görə xanım aparıcı, məşhurluğuna görə heç də şou-biznes nümayəndələrindən geri qalmayan idman müəllimi Kamil Zeynalova zəng edib. Aparıcı Kamildən arıqlamaq üçün ona kömək etməsini istəyib. Lakin, məşq zalına gəlməyə vaxtının heç olmadığından gileylənən Xoşqədəm xanıma Kamilin maraqlı təklifi olub:
“O zaman evdə məşq etmək üçün özüvə qaçış aparatı al və qidalanmana diqqət et”.