Xoşqədəm Hidayətqızını Suriyaya kim göndərib?

xosqedem-hidayetqizini-suriyaya-kim-gonderib
Oxunma sayı: 7397

Xoşqədəm Hidayətqızının rəhbəri olduğu “Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı özünün “Facebook” səhifəsində Xoşqədəm Hidayətqızının sağ –salamat olması xəbərini yazıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Xeberdar.az saytı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni Axtarıram” verlişinin prodüseri Əli Vəliyevlə əlaqə saxlayıb. Prodüser açıqlamasında Elməddin Muradlının teleaparıcının sağ-salamt olması xəbərini, Xoşqədəm Hidayətqızının ailəsinin vəziyyətini düşünərək verdiyini deyib. “Əslində belə sms yoxdu, Xoşqədəm xanım da həmişə deyib ki, insanlara yalan məlumat vermək olmaz. Ona görə necə var, ele demək lazımdı. Heç bir məlumat yoxdu, telefonlarına da zəng çatmır. Allah eləsin ki, xəbər ala bilək, sevinə- sevinə bizdə sizlərə məlumat verə bilək. Kiv-dən xahiş edirə ki, məsələni bu qədər qabartmayaq onun ailəsi var. Xəbər çıxsın, bilək vəziyyət necədi ona görə danışaq”.

***

Telejurnalist, “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidatyətqızı ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyətə aydınlıq gətirilib. 

Lent.az-ın məlumatına görə, aparıcının çalışdığı ATV kanalının rəhbərliyi tərəfindən Suriyaya ezamiyyətə göndərilməsi dəqiqləşib. Lent.az-a açıqlama verən Azad Azərbaycan Teleradio Şirkətinin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, bu gün baş verən insidentdən sonra Xoşqədəm Hidayətqızı onlarla əlaqə saxlayıb. “Bizə sms göndərmişdi ki, hər şey normaldır. Suriyanın Hələb şəhərində atışma olub, lakin xəsarət alan olmayıb”.

V. Aydınoğlu onu da vurğulayıb ki, X. Hidayətqızının “ATV Xəbər”in 21:00 buraxılışında efirə qoşulması gözlənilir”.