Xoşqədəm Xəzər TV-də - Video

xosqedem-xezer-tv-de
Oxunma sayı: 10398

Xəbər verdiyimiz kimi, azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ANS-dəki işindən ayrılaraq fəaliyyətini Xəzər televiziyasında davam etdirəcək.

Qafqazinfo”nun məlumatına görə, onun sözügedən kanaldakı layihəsi “Səni axtarıram Xoşqədəmlə” adlanır. Aparıcının yeni mövsümdən yayımlanacaq verilişinin anonsu artıq Xəzər TV-nin efirində təqdim edilir.

Qeyd edək ki, türkiyəli müğənni Doğuşla ailə quran aparıcı əkiz oğul övladı dünyaya gətirəndən sonra bir müddətlik efirdən uzaqlaşmışdı.