Xoşqədəmin döyüldüyü deyilən toyun sahibi danışdı

xosqedemin-doyulduyu-deyilen-toyun-sahibi-danisdi
Oxunma sayı: 647

Xoşqədəm Hidayətqızı və komandasının toyunda döyüldüyü iddia edilən prodüser danışdı. Toyu olan Fərhad bəy məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib: “Bu həqiqətə uyğun olmayan xəbərdir. Toyda belə bir hadisə baş verməyib. “Səni axtarıram”ın kollektivi axıra qədər toyda iştirak edib və heç bir dava olmayıb. Bu xəbəri yayanları məhkəməyə verəcəyəm. Xoşqədəm Hidayətqızı ilə ailəmizin yaxın münasibətləri var və Xoşqədəm xanım zala daxil olanda alqışlarla qarşılandı. Mən bununla bağlı görüntülər də təqdim edə bilərəm. Mənim toyum üçün əvvəlcədən ssenari hazırlanıb və toy axıra qədər də həmin ssenari ilə davam edib. Ora çıxan uşaqdan da, zarafatdan da mənim əvvəlcədən xəbərim olub”.

Fərhad onu da bildirib ki, toyda sözügedən zarafat olub və hər kəs də bunun zarafat olduğunu bilib.

Prodüsser həmçinin bildirib ki, davanın olduğunu iddia edən media qurumları videogörüntülər təqdim etməsə, o zaman məhkəməyə müraciət edəcək.


***

“Səni axtarıram” verilişinin komandasının döyülməsi ilə bağlı xəbər yayılandan sonra verilişin aparıcısı Xoşqədəm Hidayətqızı “Qafqazinfo” ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında teleaparıcı yayılan məlumatlar haqda danışmaq istəmədiyini deyib.

X. Hidayətqızı mediada belə məlumatların yayılmasının əleyhinə olduğunu və həmçinin xəbərin birtərəfli yayılmasından narazılığını bildirib.

Teleaparıcı yayılmış məlumatın həqiqətə uyğun olub-olmaması barədə heç nə deməib.