Xoşqədəmin verilişində qalmaqal- - Yenilənib

xosqedemin-verilisinde-qalmaqal-
Oxunma sayı: 7225


“Qafqazinfo”ya daxil olan məlumata görə, səs-küy o qədər böyük olub ki, ATV-nin digər verlişlərinin əməkdaşları, hətta telekanal rəhbərliyi mübahisə gedən otağa gəlib.

İddia edilir ki, məhz bu mübahisədən sonra prodüser Əli Vəliyev işdən çıxmaq haqqında ərizə yazıb.

Mübahisənin isə verlişdəki təşkilati işlər və bir işçinin üstündə olduğu deyilir.

Əli Vəliyevin ATV-də Xoşqədəm Hidayətqızının ən yaxın adamı hesab olunduğu deyilir.

***

“Səni axtarıram” verilişindən isə “Qafqazinfo”ya bildirilib ki, bu məlumat qəsdən hazırlanaraq neqativ fikirlər yaratmaq məqsədilə mətbuata ötürülüb: “Biz bu məlumatın mənbəyini araşdırmağa, onu ötürənlərlə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməyə hazırıq. Bu, qəsdən anti-təbliğat məqsədilə hazırlanmış məlumatdır və kökündən yanlışdır”.

“Səni axtarıram” verilişinin prodüsseri Əli Vəliyev də “Qafqazinfo”ya açıqlamasında hazırda işdə olduğunu bildirib: "İstəsəniz gəlib özünüz də görə bilərsiniz. Xoşqədəm xanım layihə rəhbəridir, onunla yalnız nəyisə müzakirə edə bilərik, heç bir davadan söhbət gedə bilməz".