“Xovartlar bizdən qorxurdular” - Terim

xovartlar-bizden-qorxurdular
Oxunma sayı: 1314

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Xorvatiya ilə oyunla bağlı maraqlı açıqlamalar verib.

"Qafqazinfo" xəbər verir ki, o, xorvatların "ay ulduzlular"dan qorxduğu üçün sonda qələbəni çılğınlıqla qeyd etdiyini deyib: "Xorvatlar qələbə üçün sevinmirdilər. Onlarin sevincinin əsas səbəbi Türkiyəni məğlub etmələri idi. Çünki xorvatlar bizdən qorxurdular".

Həmçinin o, Xorvatiya ilə matçda futbolçularının özlərinə layiq olmayan oyun göstərdiklərinibildirib: "Həmin gün sizi meydanda tanıya bilmirdim. Siz bu gücə sahib deyilsiniz. Daha yaxşısını edə bilərsiniz. Aranızda oyunun taleyini həll edə biləcək futbolçular var. Amma Xorvatiya matçında heç kim yaxşı oynaya bilmədiniz. Özünüzü toparlayın və digər oyunlarda olduğunuz kimi oynayın".