Xristianlar BMT binası qarşısında aksiya keçirdi- - Fotolar

xristianlar-bmt-binasi-qarsisinda-aksiya-kecirdi-
Oxunma sayı: 810


“Qafqazinfo” CİHAN-a istinadən xəbər verir ki, aksiya Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqın Ərbil şəhərindəki ofisinin qarşısında baş tutub. Bir qrup xristian İŞİD-in onlara qarşı soyqrım etdiklərini bildirib. Xristianlar Birliyinin sədri Şəmsəddin Kurkis BMT-nin bununla bağlı addım atmağını istəyib:

“Biz burada yüz ildən artıqdır ki, yaşayırıq. Tək günahımız xristian olmağımızdır. Bu səbəbdən həmişə soyqrima məruz qalmışıq.BMT bu ərazidə yaşayan xristianları öz nəzarətinə götürməlidir”.