“Xristianlar da müsəlmanlara hücum edib”- - Kantona

xristianlar-da-muselmanlara-hucum-edib-
Oxunma sayı: 3320


“Qafqazinfo” euronews-a istinadən xəbər verir ki, Erik “Charlie Hebdo” kimi terror hadisələrindən sonra İslama qarşı bir kampaniya aparılmasına qarşı olduğunu bildirib. 

Aktyor və rejissor kimi fəaliyyət göstərən Eric Kantona xristian radikalların da müsəlmanalar hücum etdiyini xatırladıb. O, xrsitian qruplaşmalarından birinin kinoteatra hücumunu xatırladıb, İslam dinini radikal din kimi qələmə verənləri qınayıb:

“1988-ci ildə Parisdə “Günaha son çağırış” adlı filmin təqdimat mərasimi keçirilmişdi. Bu filmin nümayişi zamanı bir qrup xristian kinoteatra hücum etmişdi, 40 nəfər yaralanmışdı. Yəni, Fransada baş verən terror hadisəsini İslama qarşı istifadə etməsinlər. Fanatizm hər yerdə var. 

Bu İslama qarşı edilən kampaniya nəticəsində əsl müsəlmanların bu hadisədən utandığını düşünürəm. Əksəriyyəti İslam dünyasını ittiham edir. Hər kəsi eyni hesab etməyək. Bir qruplaşma hadisə törədir deyə İslam dinini radikal hesab etmək olmaz. Xristian radikallar da müsəlmanlara çox hücum edib. Keçmişimizi silməyək, unutmayaq. O vaxtlar bu hücumları islamçılar etməmişdi”.