Xruşşovun gəlininin meyiti tapıldı

xrussovun-gelininin-meyiti-tapildi
Oxunma sayı: 2238

Moskvada mənzildə Sovet İKP MK-nın Baş katibi Nikita Xruşşovun gəlini Qalina Şumovanın meyiti tapılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 85 yaşlı qadının ölümü haqda polisə yanvarın 18-də nəvəsi Dmitri Xruşşov məlumat verib. Şumovanın meyiti Lomonosov prospektindəki mənzilində tapılıb. Onun ürəktutmadan öldüyü ehtimal edilir.

Qeyd edək ki, Qalina Şumova Nikita Xruşşovun oğlu Sergey Xruşşovun keçmiş həyat yoldaşı olub.