Xudat Şəhər Xəstəxanası təmirə bağlandı? - Rəsmi açıqlama

xudat-seher-xestexanasi-temire-baglandi
Oxunma sayı: 2075

TƏBİB Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, qurumun Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva bu məlumatları əsassız adlandırıb. Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.

Qeyd edilir ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib.