Xumar Qədimovanın adından frıldaqçılıq

xumar-qedimovanin-adindan-frildaqciliq
Oxunma sayı: 648

Sosial şəbəkədə ifaçının adına açılmış hesabda Qədimovanı toya çağırmaq istəyən prodüser Samir Xəttabı da aldadıblar. Təşkilatçı hadisəni belə şərh edib: “Məndən Xumar Qədimovanı toya çağırmağı xahiş etmişdilər. Dedim ki, “Facebook”da dostluğumda var, ona yazaram və yazdım. Söylədim ki, bəs toyda oxumağınızı istəyirlər. Danışıqlardan sonra onunla razılaşdıq. Sonra həmin şəxs mənə yazaraq bildirdi ki, işçimi göndərirəm, beh üçün pul verərsiniz. Mən də yazdım ki, problem yoxdur, görüşək, behi verim. Daha sonra bu haqda düşündüm, Xumar xanımın nömrəsini tapıb ona zəng vurdum. Dedim ki, Xumar xanım danışdığımız toya görə beh pulu getirəcəyəm. O isə mənə cavabında dedi ki, “nə toy, nə Facebook, mənim heç internetdən başım çıxmır”. Onda bildik ki, həmin şəxs kimdirsə onun adından istifadə edir.

Hadisə ilə bağlı saytımıza açıqlama verən Xumar Qədimova bildirib ki, onun “Facebook”dan anlayışı yoxdur: “Düzdür, bir çox insanlar mənə zəng vurub deyib ki, bəs siz mənə “Facebook”dan belə yazdınız. Demişəm ki, mən “Facebook”dan istifadə etmirəm. Hətta təşkilatçılar ilə orda toy, konsert də danışıblar. Amma bilən bilir ki, mən ordan istifadə etmirəm”.

Aynur Babayeva