Xumardan “Onu sevmə deyirlər”

xumardan-onu-sevme-deyirler
Oxunma sayı: 649

Əməkdar artist Xumar Qədimova dinləyicilərinə “Onu sevmə deyirlər” adlı yeni mahnı təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, müğənni bu dəfə türk folklor musiqisinə müraciət edib. 

“Ürəyim” bəstəsinin ardınca yenə şən mahnı təqdim edən X.Qədimova seçimiylə bağlı bunları deyib: 

“Bir neçə il əvvəl Türkiyənin Van şəhərində məclisdə olan zaman məndən bu mahnını ifa etməyi istədilər. O vaxtdan bu türkünü repertuarıma daxil etmək istəyirdim və bu günlərdə mahnını lentə aldırdım”.

Qeyd edək ki, həmişə olduğu kimi X.Qədimovanın nəğməyə özünəməxsus müdaxiləsi olub və mahnını azərbaycanca səsləndirib.