Xurma yığmaq istəyən qadın yıxılıb öldü

xurma-yigmaq-isteyen-qadin-yixilib-oldu
Oxunma sayı: 1657

Gəncədə qadın ehtiyatsızlıq nəticəsində ölüb. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birinin həyətində baş verib. Orada yaşayan 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma ağacında məhsul yığarkən hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli