Xüsusi effektlər yaradıcısı vəfat etdi

xususi-effektler-yaradicisi-vefat-etdi
Oxunma sayı: 1260

Xüsusi effektlər yaradıcısı, prodüser və rejissor Duqlas Tramball 79 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun qızı Emi Tramball feysbukda yazıb.

Eminin sözlərinə görə, atası xərçəng, beyin şişi və insultla iki illik mübarizədən sonra vəfat edib.

Qeyd edək ki, D. Tramball “Silent Running” (1972), “Brainstorm” (1983), “Back to the Future... The Ride” (1991) və digər ekran işlərinin rejissorudur.

Lakin Tramball daha çox xüsusi effektlər yaradıcısı kimi tanınıb: “2001: A Space Odyssey” (1968), “Close Encounters of the Third Kind” (1977), “Star Trek: The Motion Picture” (1979) və “Blade Runner” (1982). Son üç filmdəki xüsusi effektlərə görə “Oskar”a namizəd olub.