“Xüsusi gecə idi” - Sautqeyt

xususi-gece-idi
Oxunma sayı: 1410

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt ¼ finala vəsiqə qazanmaqlarından danışıb. “Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə kolumbiyalılar üzərində qələbəni şərh edib.

Qaret bu gün mərhələ adlayacaqlarını əvvəlcədən düşündüyünü deyib:

“Bu gün qalib gələcəyimizi bilirdim. Bunu təmin edən oyunçularıma təşəkkür edirəm. Çox əhəmiyyətli idi. Xüsusi bir gecədir. Tamamilə inandıq və etdik. Oyunçularım özlərini əla göstərdilər. Xeyli iş gördüyümüzü qeyd etməliyəm”.