Xüsusi istedada malik uşaqlar üçün şans

xususi-istedada-malik-usaqlar-ucun-sans
Oxunma sayı: 1002

Bu gündən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə müsahibələr başlayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 15-dək mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Müsahibədən mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Ümumilikdə bu günədək 6 yaşı tamam olmayan 4171 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçin. 

Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış 1373 nəfər xüsusi istedada malik uşaq I sinfə müsahibədənkənar qəbul olunacaqdır.