Xüsusi istedadlı 704 uşaq I sinfə qəbul oldu

xususi-istedadli-704-usaq-i-sinfe-qebul-oldu
Oxunma sayı: 876

 

"Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, 529 nəfər isə müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 47 şagird müsahibəyə qatılmayıb.

İdarədən o da bildirilib ki, müsahibədə iştirak edərək, qəbul olmayanlar yenidən qeydiyyatdan keçə bilməzlər. Hazırda qeydiyyatdan keçmiş 3012 nəfər müsahibəni gözləyir. 

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibələrə avqust 5-dən start verilib. Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.

Elektron ərizələrin qəbulu avqust ayının 20-dək, müsahibələr isə sentyabrın 10-na qədər davam edəcək.