Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi

xususi-karantin-rejiminde-kiv-in-fealiyyetine-icaze-verildi
Oxunma sayı: 3241

Xüsusi karantin rejimində Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

"Qafqazinfo" xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə  xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-in fəaliyyətinin davam etdirilməsinə icazə verilir.