“Xüsusi təyinatlı” Marneuli şəhərində

xususi-teyinatli-marneuli-seherinde
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, təqdimatda çıxış edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva İbad Hüseynovun Vətən qarşısında xidmətlərindən söz açaraq, sözügedən filmdə və təqdim olunan kitabda bu xidmətlərdən bəhs olunduğunu, onun xidmətlərinin, qəhrəmanlığının hələ neçə əsərə mövzu olacağına inandığını bildirib.

Bu cür təqdimatların keçirilməsinin vacibliyinə toxunana Qənirə Paşayeva vətəndaşlarımızın, özəlliklə, yeniyetmə və gənclərin öz qəhrəmanlarını tanımasının vacibliyini qeyd edib: “Biz bu cür cəsur və vətəninə bağlı olan qəhrəmanlarımızla fəxr etməliyik və onlar bizim üçün nümünə olmalıdır”.

Tədbirdə iştirak edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və digər tədbir iştirakçıları öz çıxışlarında İbad Hüseynovun tək Azərbaycanda deyil, o cümlədən Gürcüstanda və ümumilikdə, bütün dünyada yaşayan azərbaycanlılar üçün gözəl bir örnək olduğunu və bu cür qəhrəmanların böyüyən gənclik arasında təbliğinin vacibliyini qeyd ediblər.

Film nümayiş olunduqdan sonra tədbir iştirakçılarına Sahib Şirinovun müəllifi olduğu və Qənirə Paşayevanın ön söz yazdığı “Xüsusi təyinatlı” adlı kitab və “Kəşfiyyatçı” filminin diskləri təqdim olundu. Qeyd edək ki, kitab və disklər məktəblərə və ictimai təşkilatlara təqdim olunaraq orada nümayiş olunacaqdır.