“Qafqazinfo” xəbər verir ki, bu barədə “APA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, yol ötürücüsü yan yolun asfaltlanması ilə əlaqədar müvəqqəti açılıb: “Uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı yol ötürücüsü Ə.Salamzadə küçəsindən Z. Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edir. Kompleksə 3 tünel və yol ötürücüsü daxildir”.
P.Mürsəliyev bildirib ki, paytaxtın Xutor dairəsindəki yol qovşağı kompleksində son tamamlanma işləri iyun-iyul aylarında başa çatdırılacaq.
Son xəbərlər
Son Xəbərlər