XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akt zalına şəhid əməkdaşının adı verildi - Fotolar

xxi-esr-beynelxalq-tehsil-ve-innovasiya-merkezinin-akt-zalina-sehid-emekdasinin-adi-verildi
Oxunma sayı: 3202

26 oktyabr 2021-ci il tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mərkəzin əməkdaşı Xəyal Balakişiyevin şəhidlik zirvəsinə ucalmasının ildönümü qeyd edilib. Tədbirdə mərkəzin rəhbərliyi, pedaqoji və inzibati heyətin nümayəndələri ilə yanaşı şəhidin ailə üzvləri də iştirak edib.

İldönümü ilə bağlı keçirilən tədbir çərçivəsində Mərkəzin Akt Zalına şəhid Xəyal Balakişiyevin adının verildiyi elan edilib və şəhidimizə həsr olunmuş xatirə lövhəsinin açılışı həyata keçirilib.

Bir dəqiqəlik sükutla başlayan tədbirdə, Arif Qaraşov çıxış edərək Prezident İlham Əliyevin qətiyyətlə apardığı daxili və xarici siyasətdən, bu siyasət nəticəsində qazanılan tarixi qələbədən, bu haqq savaşında şəhid və qazilərimizin misilsiz şücaətindən danışıb, Xəyal Balakişiyevin xatirəsinin Mərkəzdə daim yaşadılacağını vurğulayıb.

Daha sonra tədbir, şəhid Xəyal Balakişiyev adına Akt Zalında Mərkəzin şagirdlərinin ildönümü üçün hazırladıqları çıxışlarla davam etdirb.

Vətənin azadlığı uğrunda canını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.