Topaz Premyer Liqasının 36-cı turunda "Rәvan" - "Xәzәr Lәnkәran"la qarşılaşıb.
“Qafqazinfo” xәbәr verir ki, oyun 2:2 hesabı ilә başa çatıb. Bununla da turnir cәdvәlindә sonuncu yeri tutan "Xәzәr Lәnkәran" çempionatı tәrk edib.
Klubdan bildiriblәr ki, "Xәzәr Lәnkәran" tәkcә Premyer Liqadan getmir.
Hakimin “Rәvan”la oyunda “Xәzәr Lәnkәran”ın qapısına penalti təyin etməsi qərarından sonra bu klub Azәrbaycan futbolunu tәrk edir. Komanda birinci divizionda da mübarizә aparmayacaq. Məlumata görə, futbolçular soyunub-geyinmә otağına ağlayaraq daxil olublar.
Son xəbərlər
Son Xəbərlər