“Ya azad edin, ya da güllələyin...” - Fotolar+Yenilənib

ya-azad-edin-ya-da-gulleleyin
Oxunma sayı: 4072


“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hər iki girovun vəkilləri müdafiə etdikləri şəxslərin onlar barəsində çıxarılan hökmdən narazı qaldıqlarını əsas gətirərək apellyasiya şikayəti veriblər. Hazırda proses davam edir. 

Xatırladaq ki, girov Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini, digər girov Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan isə qərarda müdafiə etdiyi şəxsə qarşı irəli sürülən konkret bir maddədən şikayətçi olduğunu bildirmişdi.

Qeyd edək ki, ötən ilin dekabrın 29-u baş tutan prosesdə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilmişdi.

***
Dilqəm Əsgərov çıxışının sonunda gənc erməninin ölümündə təqsirli olmadığını, ömürlük azadlıqdan məhrumedilmənin yerinə ya azad olunması, ya da güllələnməsinini istəyib. 

Ermənistan Apellyasiya məhkəməsi qərarını martın 10-da açıqlayacaq.