Bu sözləri bu gün vəfat edən əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov “Qafqazinfo”nun hadisə yerində olan müxbirinə açıqlamasında deyib. Onun sözlərinə görə, daha sonra atasının vəziyyəti nisbətən yaxşılaşıb:
“Ona görə də xəstaxanaya aparmadılar. Amma səhərə yaxın yenidən halı pisləşdi. 38 dərəcə qızdırması var idi. Səhər saat 11:00- da vəfat etdi”.
Məhəbbət Kazımovun harada dəfn olunacağı barədə ailə üzvləri hələ ki, məsləhətləşmələr aparır. Oğlu bildirib ki, atası ya Bərdədə, ya da Bakıda dəfn olunacaq.
Qeyd edək ki, artıq mərhum sənətkarın yaxın dostları onun yaşadığı mənzilə toplaşıb. Məhəbbət Kazımov sabah torpağa tapşırılacaq.
***
Ailə üzvləri sənətkarın Pirşağıda dəfn olunacağı ilə bağlı qərar qəbul ediblər.
Könül
Son xəbərlər
Son Xəbərlər