“Ya Qarabağ, ya ölüm”ün müəllifi vəfat etdi

ya-qarabag-ya-olumun-muellifi-vefat-etdi
Oxunma sayı: 3709

Türkiyə aşıq şeirinin nümayəndələrindən biri, Azərbaycanda “Ya Qarabağ, ya ölüm” mahnısı ilə məşhurlaşan Ozan Arif dünyasını dəyişib.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən xəbərinə görə, 69 yaşlı Ozan Arif müalicə aldığı Samsun On Doqquz Mayıs Universitetinin Tibb fakültəsində vəfat edib.

Türk dünyasının tanınmış sənətçisi qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkirdi.