“Yabancı damat”, “Aliye”nin ssenaristi intihara cəhd etdi

yabanci-damat-aliyenin-ssenaristi-intihara-cehd-etdi
Oxunma sayı: 1758


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, ssenarist İstanbulda yaşadığı evin pəncərəsindən özünü atmaq istəyib. Gülizi binanın təmizlik işlərinə baxan şəxslər xilas ediblər. Ətrafdakılar və hadisə yerinə gələn polis G.Kucuru özünü öldürmək fikrindən döndərə bilməsələr də, ssenaristin fikri yayınan zaman onu sakinlər tutaraq pəncərədən uzaqlaşdıra biliblər. 

Uzun müddət təcili tibbi yardım maşınına minmək istəməyən Güliz həkim müayinəsindən keçmədən aparıldığı xəstəxanadan da qaçıb. O, polisə ifadə vermək istəməyib. G.Kucurun iqtisadi baxımdan çətinlik çəkdiyi ehtimal olunur.