Prosesə sədrlik edən hakim İsmayıl Əhmədov deyib ki, işə çıxan hakimlərdən birinin anası rəhmətə getdiyi üçün belə addım atılıb: “Yadigar Sadıqovla da məsləhətləşib məhkəməni iyul ayının 1-nə təyin etdik. Onun Bakıdan, istintaq təcridxanasından Şirvana növbəti etapı ən tez iyunun 25-i olduğu üçün belə qərara gəldik”.
Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub, bu il yanvarın 13-də 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Lənkəran Rayon Məhkəməsi çıxarıb. Müsavat başqanının müşaviri silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.
Son xəbərlər
Son Xəbərlər