Yağıntılı hava bu vaxta kimi davam edəcək

yagintili-hava-bu-vaxta-kimi-davam-edecek
Oxunma sayı: 5015

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.

Bunu "Qafqazinfo"ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

G.Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək , Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.