Yağış altında moda nümayişi - Fotolar

yagis-altinda-moda-numayisi
Oxunma sayı: 4950

Məşhur İtaliya brendi “Dolce & Gabbana”nın yeni kolleksiyasının Venesiyadakı təqdimatının final gecəsində maraqlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dizaynerlər Domeniko Dolçe və Stefano Qabbananın brendinin premyerası zamanı güclü yağış yağıb. Açıq havada təşkil olunan gecədə dünya ulduzları və modellər yağış altında qalıblar.

Buna baxmayaraq moda nümayişi baş tutub. Həmin görüntüləri marka öz rəsmi hesabında paylaşıb.