Qəbələnin Hacıalılı kəndində həyətyanı sahələr yağış sularından təmizlənib.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Hacıalılı kəndində yağış sularının həyətyanı sahələrə dolması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən su basan ərazilərdə su çəkmə işləri aparılıb.
Son xəbərlər
Son Xəbərlər