Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah arabir yağış yağacağı, şimşək çaxacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacaq.
Son xəbərlər
Son Xəbərlər