Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sabah mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər