Yağışa görə edilən dəyişiklik aradan qaldırıldı

yagisa-gore-edilen-deyisiklik-aradan-qaldirildi
Oxunma sayı: 859

Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı- Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yayıb. O bildirib ki, sürət hədddini aşağı salmaqda məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

Qeyd olunub ki, R.Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. 

Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.

***

Yağışlı hava ilə əlaqədar olara paytaxtın iki əsas avtomagistralı- Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/ saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq.