Yağışa görə sürət həddi endirildi

yagisa-gore-suret-heddi-endirildi
Oxunma sayı: 1085

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

BNA-dan "Qafqazinfo"ya daxil olan məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:

"Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik".