Yevlaxda avtomobil yol kənarında ağaca çırpılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.
Belə ki, yağışlı hava şəraitində “Qaz-24” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında ağaca çırpılıb.
Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli



Son xəbərlər
Son Xəbərlər