Yağışdan sonra işıqla bağlı vəziyyət necədir?

yagisdan-sonra-isiqla-bagli-veziyyet-necedir
Oxunma sayı: 929

“Hazırda elektrik enerjisinin verilməsi ilə bağlı heç bir problem yoxdur”. 

Bu barədə “Qafqazinfo”ya məlumatı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev verib. 

Onun sözlərinə görə, görülən qabaqlayıcı tədbirlərlə bağlı Ceyranbatan qəsəbəsi ətrafında və bağlar adlanan sahədə elektrik enerjisinin verilməsində 20-30 dəqiqəlik qısa fasilə yaranmışdı. Hazırda bərpa olunub, paytaxt və ətraf kəndlərdə işıq bərpa olunub:

“Regionlarda, ümumiyyətlə, problem yoxdur. Güclü şimşək çaxırdı. Çox şükür, bizim şəbəkəmizdə ildırım vuran transformator və ya elektrik dirəkləri olmadı”.

Günel Hacı