Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub

Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
Oxunma sayı: 2887

Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay, Kürəkçay və Dəstəfurçay çaylarında sululuğun artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəfurçay çayında sel hadisəsi qeydə alınıb. 

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Kişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında sel hadisəsi qeydə alınıb: 

“Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib. Qeyd edim ki, uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olub ki, bu da nisbətən Kür və Qanıx çaylarına öz təsirini göstərib”. 

A.Verdiyevin sözlərinə görə iyulun 18-dək qeyri sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı və bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi